“Real Madrid” Joze Mourinyonu yenidən komandaya qaytarmaq variantını dəyərləndirir.
KONKRET.az xəbər verir ki, Madrid klubu hazırda “Benfika”nın baş məşqçisi Joze Mourinyo ilə danışıqlara start verib. Jurnalist Fabritsio Romano məlumatına görə, tərəflər arasında birbaşa əlaqə artıq qurulub.
Məlumata görə, Lissabon təmsilçisi portuqaliyalı mütəxəssisin komandada qalmasında maraqlıdır. Bununla belə, yekun qərarın “Real”ın prezidenti Florentino Peresin təklifindən asılı olacağı qeyd olunur.
Qeyd edək ki, 63 yaşlı Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. Onun dövründə “kral klubu” İspaniya çempionluğu ilə yanaşı, ölkə kuboku və Superkubokunu da qazanıb.\\Metbuat.az
