REAL sədri MSK-nın yeni tərkibi ilə bağlı ETİRAZ ETDİbackend

REAL sədri MSK-nın yeni tərkibi ilə bağlı ETİRAZ ETDİ

Real partiyasının sədri İlqar Məmmədov bu gün tərkibi formalaşdırılan Mərkəzi Seçki Komissiyasının üzvləri siyahısına daxil edilməmələrinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, İ.Məmmədov MSK-da heç bir müxalif təmsilçinin olmadığını bildirib:

“Milli Məclis qanuni siyasi iddiamızı rədd edərək, 5 il müddətinə yeni (köhnə) Mərkəzi Seçki Komissiyasını heç 1 müxalifət təmsilçisi olmadan təyin etdi.

Görünür seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirilməlidir. Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açığıq”.

Qeyd edək ki, parlamentdə azlıq təşkil edən siyasi partiyalardan Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar Partiyasının namizədləri qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*