Regiondakı proseslər “Böyük Turan” ideyasını gerçəkləşdirə bilər – ŞƏRHbackend

Regiondakı proseslər "Böyük Turan" ideyasını gerçəkləşdirə bilər - ŞƏRH

Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına icazə verməyəcək: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bizim Dağlıq Qarabağ adlı inzibati qurumumuz yoxdur. Əgər kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin. Ancaq Azərbaycanda yox. Bu məsələ öz həllini tapdı” – deyə ölkə başçısı kəskin mövqe sərgilədi.

KONKRET.az xəbər verir ki, siyasi ekspertlər də Əliyevin bu fikirlərini kifayət qədər sərt və yerində göndərilmiş mesaj kimi dəyərləndirirlər. Qarabağ məsələsində arbitraj mövqeyi isə Kremlin əlində və bölgədə yerləşdirilən 2 min sülhməramlıda qalır.

Yerli və beynəlxalq ekspertlərə görə, Avropa Birliyinin münaqişədən sonra Ermənistanın yenidən qurulması üçün dəstəyini davam etdirməsi diqqətdən yayınmır. Bu isə Azərbaycanın müttəfiqi sayılan Türkiyə ilə münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

İrəvanın hər vəchlə Ərdoğana yaxınlaşmaq cəhdləri fonunda, xüsusən də Türkiyənin “Altılıq Platforması” nı təşkil etmək ideyası vəziyyəti son dərəcə maraqlı edir.

Bütün bu proseslər “Böyük Turan” yaratmaq planlarına uyğundur. lakin əks qüvvələr hesab edirlər ki, Azərbaycanın sərt ritorikası fonunda layihənin həyata keçirilməsi çətin görünür.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*