Rəsmi Tehran Azərbaycan səfirliyinə hücumu şərh edib.
KONKRET.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu şərh edib.
Diplomat Azərbaycan səfirliyinə hücumu kəskin şəkildə pisləyib.
“Polis və təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək hücum edən şəxsi saxlayıb, hazırda istintaq aparılır. Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə bu əməlin miqyasını və hücum edənin motivini müəyyən etmək üçün bu iş yüksək prioritet və həssaslıqla araşdırılır.
Aidiyyəti orqan və qurumlar tərəfindən aparılmış ibtidai araşdırmanın nəticələri bu əməlin şəxsi motivlərini göstərir. Ona görə də dərhal aidiyyəti hüquq-mühafizə və məhkəmə orqanlarının, qurumların gəlişini nəzərə alaraq, KİV-lərə etimadsız xəbərlərin dərcindən və bununla bağlı spekulyasiyalardan çəkinmələri tövsiyə olunur.
Bu məsələ ilə bağlı daha ətraflı məlumat yoxlama prosesi başa çatdıqdan sonra dərc olunacaq”, – deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az