Sosial Tədqiqatlar Mərkəzi “Siyasi gündəm ictimai rəydə” adlı sorğu keçirib.
KONKRET.az-a Mərkəzdən verilən məlumata görə, telefon zəngi vasitəsilə keçirilən sorğuda bütün iqtisadi rayonlar əhatə edilməklə təsadüfi qaydada seçilən 600 respondent iştirak edib.
Əminlik intervalı 95%, xəta dərəcəsi 4%-ə bərabərdir. Sorğuda iştirak edənlər arasında orta yaş qrupu və orta təhsillilər nisbi üstünlük təşkil edib. Məşğuliyyət statusu cəhətdən 43.8% işləyir, 11.4% isə işləmir. Evdar qadın və təqaüdçülərin çəkisi müvafiq olaraq 21.5% və 15.5% təşkil edib. Seçmədə aylıq gəliri 0-250 manat arası olanların çəkisi yüksəkdir (52.3%).
Xarici ölkələrin siyasi, iqtisadi, ictimai vəziyyətini izləmək
Respondentlərin təxminən üçdə ikisi (66.2%) qonşu ölkələrin siyasi, iqtisadi, ictimai vəziyyətini izlədiyi halda, 38.1% dünya ölkələrinin gündəmini müntəzəm qaydada izləyir. İzlənilmə cəhətdən qonşu ölkələr arasında Türkiyə (77.1%), Rusiya (49.9%) və Ermənistan (42.9%) digər ölkələrlə nisbətdə əhəmiyyətli dərəcədə irəlidə qərarlaşıb. Dünya ölkələri üzrə isə ABŞ (58.9%), Almaniya (27.3%) və Fransa (22.1%) daha çox izlənir.
Ermənistanda keçiriləcək növbədənkənar seçkilər
Sorğuda iştirak edənlərin daha çox hissəsi (48.8%) 20 iyunda Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə Nikol Paşinyanın blokunun məğlub olacağını hesab edir. Nəzərə çatdıraq ki, təxminən 21% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib. Müqayisə üçün bildirək ki, MPG şirkətinin Ermənistan əhalisi arasında apardığı sorğuda da Nikol Paşinyanın blokunun məğlub olacağını düşünənlər nisbətən daha çoxdur. Nikol Paşinyanın blokunun məğlub olacağını düşünən respondentlərin (48.8%) daha çox hissəsi (20.6%) Ayastan İttifaqının lideri Robert Köçəryanın qalib gələcəyini deyib.
20 iyunda keçiriləcək növbədənkənar seçkilərdən sonra respondentlərin üçdə biri Ermənistanın Azərbaycan (32.7%) və Türkiyə (32.5%) ilə münasibətlərinin mənfiyə doğru inkişaf edəcəyini hesab edir. Ümumiyyətlə, nəticədən asılı olmayaraq, dəyişilməyəcəyi ən çox ehtimal olunan məsələlər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləridir.
Respondentlərin yarısından çoxu 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət (51.5%) ilə yanaşı, əhalinin sosial vəziyyətinin də (57.6%) pisləşəcəyini düşünür. Maraqlıdır ki, təxminən hər on nəfərdən biri vəziyyətin yaxşılaşacağını proqnozlaşdırır. Ermənistanın həm Rusiya (26.1%), həm də Qərb dövlətləri (26.2%) ilə münasibətlərinin pisləşəcəyini düşünənlərin çəkisi demək olar ki, eynidir.
Nəzərə çatdıraq ki, Nikol Paşinyanın blokunun qalib və ya məğlub olacağını düşünənlər araısında seçkidən sonrakı dövrə dair gözləntilərin nəticələri bir-birindən müəyyən qədər fərqləndiyindən, aşağıda hər iki ssenari üçün cədvəl təqdim edilib.
Pisləşəcək | Dəyişməyəcək | Yaxşılaşacaq | ÇÇ | ||
Nikol Paşinyanın bloku qalib gələcək | Ermənistanda ictimai-siyasi vəziyyət | 37.6% | 35.5% | 21.5% | 5.4% |
Ermənistanda əhalinin sosial vəziyyəti | 44.6% | 33.3% | 18.3% | 3.8% | |
Ermənistanın Rusiya ilə münasibətləri | 26.9% | 43% | 19.9% | 10.2% | |
Ermənistanın Qərb ilə münasibətləri | 20.4% | 40.9% | 27.4% | 11.3% | |
Ermənistanın Azərbaycan ilə münasibətləri | 24.2% | 45.2% | 24.7% | 5.9% | |
Ermənistanın Türkiyə ilə münasibətləri | 22.6% | 41.9% | 27.4% | 8.1% | |
Pisləşəcək | Dəyişməyəcək | Yaxşılaşacaq | ÇÇ | ||
Nikol Paşinyanın bloku məğlub olacaq | Ermənistanda ictimai-siyasi vəziyyət | 37.6% | 35.5% | 21.5% | 5.4% |
Ermənistanda əhalinin sosial vəziyyəti | 44.6% | 33.3% | 18.3% | 3.8% | |
Ermənistanın Rusiya ilə münasibətləri | 26.9% | 43% | 19.9% | 10.2% | |
Ermənistanın Qərb ilə münasibətləri | 20.4% | 40.9% | 27.4% | 11.3% | |
Ermənistanın Azərbaycan ilə münasibətləri | 24.2% | 45.2% | 24.7% | 5.9% | |
Ermənistanın Türkiyə ilə münasibətləri | 22.6% | 41.9% | 27.4% | 8.1% |