“Moskvadan 50 kilometr aralıda Bunkerdə oturan Putin zindanda oturmuş Navalnıdan elə qorxur ki, Moskvanın mərkəzini bağlayıb və tək metro stansiyalarını yox, marşrut avtobuslarını da bağlatdırıb. Kremlin ətrafında olan univermaqlar və başqa ticarət obyektləri, restoran və kafelərin hamısı fəaliyyətini dayandırıb. Bu həmin o Putindir ki, televiziyalar hər gün əhalinin 80 faizinin onu dəstəklədiyini elan edir. Bu həmin o Putindir ki, ölkənin böyük əksəriyyətinin səfalət içində yaşadığı dövrdə özünə cah-cəlallı ev tikdirib və indi ondan imtina edir. Dostları ortaya düşüb bu binanın onlara məxsus olduğunu iddia edirlər. Gülməlidir”.
KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev bildirib ki, Rotenberqi artıq həbs etməli idilər, çünki 100 milyardlar xərclənmiş bu obyektdə sahibkar heç bir dəfə də olmayıb və ümumiyyətlə, onun dələduzlarla əldə etdiyi pulun miqdarı tikintiyə xərclənmiş pulların heç 30 faizinə çatmır: “Özünü “sverx derjvanın” böyüyü hesab edən Putinin zindanda oturmuş Navalnıdan belə qorxması bu “böyük şəxsiyyətin” böyüklüyünü şübhə altına salır. Bu insan ətrafındakı kiçik ölkələri hədələmək, işğal etməkdə masterdir. Gürcüstan, Moldova, Ukrayna və Azərbayanın bir hissəsini “sülhməramlı” qüvvələr adı altında işğal edib. Qazaxstanı hədələyir. Çünki aqressiyadan başqa işlə məşğul olmaq əlindən gəlmir. Biz gərək çox ehtiyatlı olaq”.