Ermənistanın sabiq prezidenti Robert Koçaryanın kiçik oğlu atasının Paşinyanla görüşüb-görüşməməsi ilə bağlı sualı cavablandırıb.
KONKRER.az erməni mətbuatına istinadən xəbər verir ki, Levon Koçaryan atasının nə 44 günlük müharibədən əvvəl, nə də sonra Paşinyanla görüşmədiyini deyib. O, bu barədə yayılan məlumatı təkzib edib:
“Son vaxtlar yalan məlumat yayırlar ki, guya Nikol mənim atamla görüşüb. Ancaq bəyan edirəm ki, heç bir formatda və ya vasitəçilərin iştirakı ilə belə bir görüş keçirilməyib”.
Müşviq Tofiqoğlu
KONKRET.az
