backend

Robert Koçaryanın Baş nazir vəzifəsinə namizədliyini irəli sürməsi an məsələsidir

Ermənistan prezidenti Armen Sarkisyan bir neçə gün öncə sabiq prezident  Robert Koçaryanla görüşüb. Görüş zamanı Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasından sonrakı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, bu görüş təsadüfi deyil. Çünki son zamanlar Ermənistanda Robert Koçaryanın nüfuzu durmadan artır. Bunun əsas səbəbi Koçaryanla Putin arasında isti münasibətlərdir. Bəlli olduğu kimi Koçaryanın prezidentliyi müddətində Rusiya ilə Ermənistan arasında sıx əlaqələr qurulub. Daha doğrusu o illərdə Ermənistan qeyri-rəsmi şəkildə Rusiyanın bir əyalətinə çevrilib. Ölkədəki enerji daşıyıcıları, nəqliyyat sistemləri Rusiya şirkətlərinin nəzarətinə verilib. İqtisadi sahədə ayaq üstə duran bütün istehsal sahələri bu və digər şəkildə rusların nəzarətinə keçib. Ona görə Rusiya siyasi elitası hazırda Koçaryanın siyasi fəallığına isti baxır. Xatırladaq ki, Koçaryanla Putinin şəxsi münasibətləri dostluq səviyyəsinə qədər yüksəlib. Bu fakt isə hər zaman Paşinyanın narahat edib. Koçaryanı özünə rəqib bilən Paşinyan ötən il onu barmaqlıqlar arxasına atıb.

Ancaq onu zindanda çox saxlatdıra bilməyib və Moskvanın təzyiqi ilə onu sərbəst buraxmaq məcburiyyətində qalıb. Bu və digər səbəblər son 2,6 ildə İrəvanla Moskva arasındakı münasibətlərə soyuq su səpib. Ötən ilin sonlarında daha bir qəribə hadisə baş verib. Belə ki, Rusiya prezidenti ötən ilin payızında Ermənistana rəsmi səfəri zamanı Nikol soyuq münasibətə görə Putini qarşılamaq üçün Hava Limanına getməyib Ancaq eşitdiyi xəbər onu dəli olmaq dərəcəsinə çatdırıb. Paşinyana bildiriblər ki, Putin səfər çərçivəsində Köçəryanla görüşəcək. Bunu eşidən baş nazir tələsik hava limanına yola çıxıb. Amma gec idi. Putin Hava Limanından çıxmışdı. Ona görə də Nikol Paşinyan Robert Koçaryana qarşı hər zaman qısqanc münasibət göstərib. Hadisələrin bu günki inkişafı da göstərir ki, Paşinyan düşüncələrində yanılmayıbmış.

Koçaryanın artan nüfuzunun başqa bir göstəricisi isə son günlərdə keçirilən sosial sorğunun nəticələridir. Belə ki, İravanda keçirilən ictimai sorğu nəticəsində rəyi soruşulanların 27 faizi baş nazir postuna ən layiqli namizəd kimi Köçəryanı qeyd ediblər. Müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan isə respondentlərin cəmi 12 faizinin dəstəyini qazanıb. Paşinyansa cəmi 10 faiz sorğu iştirakçısının rəğbətini qazana bilib.

Bu və digər amillər Koçaryanın siyasi revanşının göstəricisidir. Ona görə də keçmiş prezidentin baş nazir vəzifəsinə namizədliyini irəli sürməsi an məsələsidir.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*