Roma Papası İlham Əliyevi təbrik etdibackend

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

KONKRET.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*