Rubiodan Paşinyana YENİ MESAJ: “Ermənistandan bunu tələb etməyəcəyik, amma…”backend

Rubiodan Paşinyana YENİ MESAJ: "Ermənistandan bunu tələb etməyəcəyik, amma..."

ABŞ dövlət katibi Marko Rubio Senatda çıxışı zamanı bildirib ki, Vaşinqton Ermənistanın suverenliyinə hörmətlə yanaşır və İrəvandan digər ölkələrlə dostluq münasibətlərini dayandırmağı tələb etmir.

KONKRET.az xəbər verir ki, Ermənistanla ABŞ arasında imzalanmış “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq sazişi Amerika özəl sektorunun investisiyalarını təşviq etməyə xidmət edir.

Ekspertlər hesab edirlər ki, bu bəyanat ABŞ-ın Cənubi Qafqazda iqtisadi və siyasi mövqelərini gücləndirmək niyyətindən xəbər verir. Vaşinqtonun Ermənistanla əməkdaşlığı genişləndirməsi regionda geosiyasi balansın dəyişməsi fonunda diqqətlə izlənilir. ABŞ rəsmilərinin açıqlamaları, eyni zamanda, Ermənistanın müxtəlif tərəfdaşlarla əlaqələrini davam etdirmək hüququna dəstək kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*