Rubionun Ermənistanla bağlı bu açıqlaması ŞOK ETDİ: Görün nələr deyib…backend

Rubionun Ermənistanla bağlı bu açıqlaması ŞOK ETDİ: Görün nələr deyib...

Rusiya digər müdafiə sənayesi sahələrində artımın zəifləməsinə baxmayaraq, pilotsuz uçuş aparatlarının (PUA) istehsalını aktiv şəkildə artırmaqda davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin Bloomberg agentliyi məlumat yayıb.

Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, apreldə pilotsuz uçuş aparatları və əlaqəli aviasiya sistemlərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 117 faiz artıb. 2025-ci il ərzində isə ölkədə dron istehsalı orta hesabla illik ifadədə 68 faiz yüksəlib.

Nəşr qeyd edir ki, bu dinamika Moskvanın Ukraynaya qarşı davam edən müharibə şəraitində hərbi sənayesini yeni şərtlərə uyğunlaşdırmaq qabiliyyətini göstərir.

Analitiklərin fikrincə, tank və digər zirehli texnika istehsalı artıq imkanlarının həddinə yaxınlaşdığı halda, dron sektoru sürətlə genişlənə bilən azsaylı istiqamətlərdən biri olaraq qalır.

Rusiyada hərbi istehsalın dəqiq həcmi məxfi saxlanılır. Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, ölkədə 2024-cü ildə təxminən 1,4 milyon pilotsuz aparat istehsal olunub.

Eyni zamanda, Ukrayna kəşfiyyatı iddia edir ki, Rusiya 2026-cı ildə 7,3 milyon FPV-dron və müxtəlif tipli pilotsuz aparatlara aid 7,8 milyon döyüş başlığı istehsal etməyi planlaşdırır. Müqayisə üçün qeyd olunur ki, genişmiqyaslı müharibənin əvvəlindən Rusiya ordusu cəmi 64 taktiki Su-34 və Su-35 təyyarəsi, həmçinin 12 Su-27 qırıcısı əldə edib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun böyük elmi əməkdaşı Duqlas Barri bildirib ki, uzaqmənzilli dronlar Rusiyaya yerüstü qanadlı raket ehtiyatlarının məhdudluğunu qismən kompensasiya etməyə və Ukraynanın kritik infrastrukturuna zərbələri davam etdirməyə imkan verir.

Kremlin işğalın başlanmasından bəri ilk dəfə hərbi xərcləri azaltmaq qərarına baxmayaraq, rəsmi proqnozlar ağır texnika, sursat və raket komponentləri istehsalında artım tempinin kəskin şəkildə zəifləyəcəyini göstərir. Əvvəllər bu sahələrdə artım təxminən 30 faiz idisə, indi 4–5 faiz səviyyəsində olacağı gözlənilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*