Ruhlarla danışan bakılı medium: Qorbaçov KQB-nin bacarmadığı işi niyə ona tapşırdı?backend

Ruhlarla danışan bakılı medium: Qorbaçov KQB-nin bacarmadığı işi niyə ona tapşırdı?

1989-cu il martın 30-u Voronej-Həştərxan-Bakı marşrutu ilə hərəkət edən Tu-134 təyyarəsi Bakıya eniş edir. Bu zaman bütün SSRİ-nin diqqətini çəkən hadisə baş verir. Təyyarə Bakıya eniş edən zaman onun terrorçular tərəfindən qaçırıldığı və sərnişinlərin girov götürülməsi xəbəri yayılır. Özünü terrorçuların başçısı kimi təqdim edən şəxs təyyarənin göyərtəsində partlayıcı keçirməyə nail olduğunu və tələbləri yerinə yetirilmədiyi təqdirdə təyyarənin də sərnişinlərlə birlikdə partladacağını bildirir. Və terrorçu 500 min alman markı və 500 min dollar tələb edir. Sonra isə təyyarənin Pakistana sürülməsini və orda girovları azad edəcəyini elan edir. Özünü Skok soyadlı şəxs kimi təqdim edən terrorçunu zərərsizləşdirmək üçün Alfa xüsusi qrupu əraziyə gəlsə də, sərnişinləri azad etmək üçün hazırladıqları planın heç birini Moskva təsdiq etmir.

KONKRET.az xəbər verir ki,bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, kəşfiyyatçılar terrorçunun yalan danışdığını bildirslər də, Qorbaçov onlara bu fərziyyəni yoxlamaq üçün vaxt vermir:

“Çünki insanların həyatı təhlükə altında idi. “Görünməz müharibə” nəşrinin müəllifi İqor Prokopenko Qorbaçovun davranışını ertəsi gün Böyük Britaniyada Marqaret Tetçerlə görüşünün planlaşdırıldığı ilə öz əsərində izah edir. Qorbaçova, şübhəsiz ki, girovların ölümü lazım deyildi. Buna görə də ekstrasens qabiliyyəti olanlardan kömək istəmək qərara alınıb. KQB-nin təşəbbüsü Mixail Qorbaçov tərəfindən dəstəkləndi. Baxmayaraq ki, özü şəxsən mediumların fəaliyyətin şübhə ilə yanaşırdı.
O zaman SSRİ və dünyada fenomen insan Tofiq Dadaşova müraciət edilir. “100 Böyük Fenomen” kitabının müəllifi, yalan detektorunun yaradıcısı amerikalı alim Kliv Baxter Tofiq Dadaşovu dünyanın ən güclü mediumu adlandırıb.

Tofiq Dadaşov 1947-ci il aprelin 11-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini qiyabi bitirib. 1967-ci ildə Moskvaya dəvət olunub, Moskonsertdə işə qəbul edilib. 1969-ci ildən Sovet İttifaqının müxtəlif şəhərlərində müəllif proqramı ilə psixoloji təcrübələr aparıb. 1973-cü ildə SSRİ Elmlər Akademiyası nümayəndələri tərkibində “Birinci beynəlxalq psixotronik problemlərin araşdırılması konfransı”na dəvət olunub. İlk dəfə idi ki, beynəlxalq səviyyədə uzaq məsafədən telepatiya təcrübəsi keçirilirdi. Tofiq Dadaşovla təcrübəni iki məşhur tədqiqatçı, dünyanın müxtəlif ölkələrinin 300-dən çox aliminin gözü qarşısında aparılırdı. Konfransda xarici alimlər Tofiq Dadaşovun psixoloji bacarığını çox yüksək qiymətləndirdilər. Onu dünyanın ən güclü mediumu (ruhlarla insanlar arasında vasitəçilik edən adam) kimi təsdiq etdilər ki, bu da dünya mətbuatinda geniş əks-səda doğurdu.

Tofiq Dadaşov özünü Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib təyyarəyə daxil olur və terrorçu Skok onunla danışığa gedir. Baş verən hadisəni özü belə danışır:

“Mən təyyarənin pilləkəninə yaxınlaşdım. Onun ancaq saqqalını və işıldayan gözlərini görə bildim. Mən onu hara uçmaq istədiyi barədə sorğu-sual elədiyim anda, anladım ki, quldur yalan uydurur. Onun nə silahı, nə də şəriki var. Danışıq müddəti cəmisi 30 saniyədən bir az artıq çəkdi. Vəziyyəti, gəldiyim qənaəti Qorelovskiyə və Karpuxinə başa saldım. Əməliyyat rəhbərinə dedim ki, söhbət zamanı terrorçu siqaret yandıracaq və bu anda onu götürmək olar”.

Zaur Əliyev qeyd edib ki, əməliyyat uğurla başa çatır və terrorçu həbs edilir: “Hər şey Tofiq Dadaşovun dediyi kimi oldu: Skokun partlayıcı qurğusu yox idi (onun rolunu adi zəngli saat oynayırdı). Üstəlik, həqiqətən də yalnız bir cinayətkar var idi. Maraqlıdır ki, Dadaşov Skokun həqiqətən siqaret çəkdiyini ancaq məxsus olduğu xüsusi istedadla bilə bilərdi”./Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*