“Rus əsgərləri yanacaq və hərbi ləvazimatları spirtli içkilərlə dəyişirlər” – ƏTRAFLIbackend

“Rus əsgərləri yanacaq və hərbi ləvazimatları spirtli içkilərlə dəyişirlər” - ƏTRAFLI

Hər gün Rusiya ordusunun orta hesabla 50-100 yaralı hərbçisi Sevastopoldakı tibb müəssisələrinə gətirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı özünün facebook səhifəsində məlumat yayıb.

Xəbərdə deyilir ki, martın 27-si saat 06:00-a olan məlumata görə, döyüşün getdiyi bir ayda düşmən xeyli itki versə də, hərbi-siyasi rəhbərlik cinayətkar əməllərini davam etdirmək fikrindədir.

Mövcud məlumata görə, Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisinə, Sevastopol şəhərinin tibb müəssisələrinə hər gün orta hesabla 50-100 yaralı gətirilir.

Düşmən qoşunlarının mənəvi-psixoloji durumu hələ də aşağı səviyyədədir.

“Rusiya hərbi karvanlarının Belarus Respublikası ərazisindən keçdiyi marşrutlarda hərbi qulluqçular tərəfindən yanacaq və ləvazimatların satışı və ya onların spirtli içkilərlə dəyişdirilməsi faktları mövcuddur”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Natiq Səlim,

KONKRET.az

  • Aslan
    Mart 27, 2022 - 09:26

    Tarix təkrar edir, imperiya çöküşdə. Başqa ölkəyi zəbp eləməyə çalışsan fotodaki kimi cırıx cırıx olarsan, gtün başın belə ortada qalar ey sarı baş donuz rus

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*