Rus haker qrupu Yaponiya şirkətlərini hədəfə aldıbackend

Rus haker qrupu Yaponiya şirkətlərini hədəfə aldı

Tokio Metro və Osaka Metro şirkətlərinin internet saytlarına haker hücumu olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumu Rusiyanın haker qrupu “Killnet” öz üzərinə götürüb.

Qrup dünən axşam Tokio Metro və Osaka Metro şirkətlərinə qarşı “DDoS” tipli kiberhücum üsulundan istifadə edib.

Xatırladaq ki, ötən gün Yaponiya hökumətinin internet saytları, o cümlədən “e-Gov” oxşar hücumlara məruz qalıb və bloklanıb.

Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, 4 nazirliyin 23 internet saytı bloklansa da, heç bir məlumat sızması olmayıb.

Qeyd edək ki, “Killnet” haker qrupu Rusiyanın hücumları qarşısında Ukraynanın tərəfində olan ölkələrin internet saytlarına kiberhücumları ilə tanınır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*