Rus hərbçiləri “Coca-Cola” zavodunu bombaladı – FOTOLARbackend

Rus hərbçiləri “Coca-Cola” zavodunu bombaladı - FOTOLAR

Rusiya hərbçiləri Kiyev vilayətində “Coca-Cola” zavodunu atəşə tutub.

KONKRET.az unian.net-ə istinadən xəbər verir ki, nəticədə zavodun arxa hissəsi qismən dağılıb, avadanlıqlar sıradan çıxıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda məlumat verib.

“Bolşaya Dımerka yaxınlığında “Coca-Cola” zavodu atəşə tutulub. Kogenerasiya qurğusu zədələnib”, – məlumatda deyilir.

Ölən və yaralananlar barədə məlumat yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*