Moskvadakı Portuqaliya səfirliyinin 5 əməkdaşı persona non-qrata elan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Rusiya bu addımı Portuqaliyanın 10 rus diplomatını ölkədən çıxarmasına cavab olaraq atıb.
Qeyd edilib ki, bu şəxslər 14 gün ərzində ölkəni tərk etməlidirlər.
İqbal Rzayev,
KONKRET.az
