Rusiya Azərbaycanın daha 3 müəssisəsindən alma və pomidor ALACAQbackend

Rusiya Azərbaycanın daha 3 müəssisəsindən alma və pomidor ALACAQ

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib.

KONKRET.az quruma istinadən xəbər verir ki, onlar sabahdan ixraca başlaya bilərlər.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.

Həmin şirkətlər Bakının Sabunçu rayonunda yerləşən “Yaşıl məhsul” MMC, Suraxanı rayonunda yerləşən “TST Azərbaycan” MMC və Xətai rayonunda yerləşən “Exotica” MMC-dir.

Beləliklə, bu gün Azərbaycanda 214 müəssisənin və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*