Strasburqda Rusiya bayrağı Avropa Şurasının mənzil-qərargahında bayraq dirəyindən endirilib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.
Bu barədə Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy bildirib.
“Avropa Şurasından çıxmaq barədə qərar qəbul edilib. Xarici işlər naziri Sergey Lavrovun müvafiq məktubu təşkilatın baş katibinə təhvil verilib”, – Tolstoy bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır. Bu, balanslaşdırılmış və düşünülmüş qərardır.
Xuraman Etibarlı,.
KONKRET.az
