Rusiya hökuməti bəzi xarici təyyarələri Rusiya Federasiyası ərazisində məcburi şəkildə saxlamağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Rusiya hakimiyyət Qərb təyyarələrini Rusiyada saxlamaq və onların pulunu milli valyuta ilə ödəmək niyyətindədir.
Məlumata görə, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi sənəd hazırlayıb ki, ona əsasən gəmi və mühərrikin xarici icarəyə verənə qaytarılması idxalı əvəz edən hökumət komissiyası tərəfindən təsdiqlənməlidir. Komissiya təyyarənin geri qaytarılmasına aviaşirkətlər lizinq müqaviləsi başa çatana qədər avadanlıqdan istifadəni rublla ödəməklə davam edə biləcək.
Xatırladaq ki, Rusiyanın Ukraynanı işğal etməsinə etiraz olaraq bir neçə ölkə icarəyə verdiyi sərnişin təyyarələrini geri istəyib.
Xuraman Etibarlı,
KONKRET.az
