Rusiya bu ölkələrə hərbi ləvazimat satmayacaqbackend

Rusiya bu ölkələrə hərbi ləvazimat satmayacaq

Rusiya və sovet hərbi texnikasının Ukraynaya verilməsinə cavab olaraq, dost olmayan ölkələrə ehtiyat hissələri tədarükünü dayandırılır və təmir müəssisələrinin lisenziyaları ləğv edilir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin (FSVTS) rəhbəri Dmitri Şuqayev bildirib.

Onun sözlərinə görə, Bolqarıstan və Çexiyada yerləşən bir sıra müəssisələrin “Mi” tipli helikopterlərin təmiri ilə bağlı lisenziyaları ləğv edilib.

“Dost olmayan ölkələrdə yerləşən Rusiya/sovet istehsalı olan aviasiya və digər avadanlıqlar üçün ehtiyat hissələri və komponentlərin tədarükü də dayandırılıb”, – deyə FSMTC rəhbəri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*