“Rusiya Donbasda həlak olan rusdilli qurbanların videosundan Ukraynaya işğala başlamaq üçün istifadə etməyi düşünür”.
KONKRET.az xəbər verir ki, bu barədə Amerika administrasiyasından adı açıqlanmayan mənbələr New York Times-a məlumat verib.
Bir versiyaya görə, video səhnələşdirilməlidir, digərinə görə isə qurbanlar real ola bilər.
Onların sözlərinə görə, videoda cəsədlər, dağılmış binalar, “saxta” Ukrayna silahları, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları və yas tutan rusdilli sakinləri oynayacaq aktyorların olduğu iddia edilən partlayış səhnəsi çəkilməli idi.
Xuraman Etibarlı,
KONKRET.az
