Rusiya əks-kəşfiyyatı separatçı “DXR” lideri Eduard Basurini HƏBS ETDİbackend

Rusiya əks-kəşfiyyatı separatçı "DXR" lideri Eduard Basurini HƏBS ETDİ

Rusiya əks-kəşfiyyatı separatçı “DXR” liderlərindən biri Eduard Basurini həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, Rusiya əks-kəşfiyyatı separatçı “DXR” liderləri Eduard Basurini kimyəvi hücumla bağlı məlumatları açıqladığına görə həbs edib.

Bundan əvvəl Basurin Rusiyanın Mariupoldakı “Azovstal” zavoduna “kimyəvi qoşunlarla” hücum etmək niyyətini açıqlamışdı. FTB əməkdaşları onunla söhbət edib və məlumata görə, Basurini naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, aprelin 11-də Azov alayı Rusiyanın Mariupolda hərbçilərə qarşı kimyəvi silaha bənzər silahlardan istifadə etdiyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*