Rusiya Finlandiyaya “hərbi-texniki tədbirlər” barədə xəbərdarlıq edibbackend

Rusiya Finlandiyaya “hərbi-texniki tədbirlər” barədə xəbərdarlıq edib

Finlandiyanın NATO-ya qoşulması halında Rusiya cavab addımları, o cümlədən “hərbi-texniki” addımlar atmağa hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

Departament hesab edir ki, bu cür tədbirlərin nəzərdə tutulması əsaslıdır, çünki Helsinkinin Alyansa daxil olması “Rusiya-Finlandiya ikitərəfli münasibətlərinə ciddi ziyan vuracaq” və regionda təhlükəsizliyin qorunub saxlanılmasında çətinliklər yaradacaq. Moskva konkret hansı tədbirlərin düşünüldüyünü açıqlamayıb, lakin əlavə edib ki, bu tədbirlər “bununla bağlı yaranan təhdidlərin qarşısını almaq” məqsədi daşıyacaq.

Həmin bəyanatda Xarici İşlər Nazirliyi Finlandiya hakimiyyətini bir sıra beynəlxalq müqavilələri pozmaqda ittiham edərək, bu müqavilələrdə tərəflərdən birinə qarşı yönəlmiş ittifaqlara daxil olmasının nəzərdə tutulmadığını qeyd edir.

Mayın 12-də Finlandiyanın prezidenti və baş naziri Sauli Niyniste və Sanna Marin ölkənin NATO-ya üzv olmaq ərizəsini dəstəkləyiblər. Hökumət başçısının və prezidentin fikrincə, ölkə alyansa daxil olarsa, müdafiə imkanlarını artıracaq və birliyi gücləndirəcək.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*