Rusiya hərbçiləri Ukraynada evlərdən qarət etdiklərini Rusiyaya “qara bazar”a göndərirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Mozır (Belarus) sürətli çatdırılma xidmətindən video sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Ukraynada keçirilən “xüsusi əməliyyat” zamanı Rusiya ordusu qazanc əldə etmək fürsətini də nəzərdən qaçırmayıb. Maşınlarla talan edilmiş mallar poçt şöbələrinə gətirilir, sonra əşyalar Rusiyaya “qara bazar”a göndərilir.
Xuraman Etibarlı,
KONKRET.az
