
Rusiya hökuməti güzəştli vergi dərəcəsi ilə ölkəyə idxal edilə bilən ərzaq məhsullarının siyahısını genişləndirib. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sadalanan malların gətirilməsinə əvvəllər mövcud olan 20% əvəzinə 10% güzəştli dərəcədə əlavə dəyər vergisi tətbiq edilir.
Siyahıya aşağıdakı meyvə və giləmeyvə əlavə olunur: qarpız, qovun, üzüm, əncir, alma, armud, heyva, ərik, albalı, şaftalı, sitrus bitkilərinin meyvələri və s.
Qeyd edək ki, Tacikistan və Rusiya 2018-ci ildə meyvə və tərəvəz tədarükü ilə əlaqədar gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında protokol imzalayıb.
Bu sənəd Tacikistan tərəvəz və meyvələrini Rusiyaya maneəsiz tədarük etməyə imkan verir. Tacikistan gömrük idarəsinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində respublika 8.7 milyon dollardan çox dəyərində 30 tona yaxın təzə meyvə, sitrus meyvəsi və bostan məhsulları ixrac edib. Son illərdə Tacik albalılarının Çinə ixracı artır.
