Rusiya “Kalibr”lə zərbə endirdi: ciddi itkilər varbackend

Rusiya “Kalibr”lə zərbə endirdi: ciddi itkilər var

Nikolayevdə hərbi kazarmaya Rusiya ordusu raket zərbəsi endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Nikolayev vilayəti dövlət administrasiyasının rəhbəri Vitali Kim sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hücum səhər saat 5-də, insanlar yatarkən edilib. Zərbə nəticəsində 8 hərbçi ölüb, 8 hərbçi itkin düşüb, 19 yaralı var.

Kazarma “Kalibr” qanadlı raketi ilə vurulub.

Vitali Kim bugünkü döyüşlərlə bağlı isə qeyd edib ki, hücuma keçiblər və düşməni geri oturdublar:

“Biz 3 tərəfdən hücum etdik, onları yaxşı qovduq, cəzalandırdıq. Ancaq itkilərimiz məhz səhər, əsgərlər yatarkən endirilən zərbədən oldu”.

O həmçinin şəhər infrastrukturuna ciddi ziyan dəydiyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*