“Rusiya Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir” – Baş Qərargahbackend

"Rusiya Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir" - Baş Qərargah

“Rusiya çoxsaylı canlı qüvvə itirməsinə baxmayaraq, Kiyevə nəzarəti ələ keçirməyə çalışır”.

KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri yenidən qruplaşaraq Çerniqov-Kiyev istiqamətində hücuma keçməyə çalışır.

“Çoxsaylı itkiyə və ayrı-ayrı istiqamətlərdə hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi nəzarət altına almaq istəyindən geri çəkilmir. Paytaxtın müdafiə gücləri düşmənə qarşı müqavimət göstərir”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Xomutovka, Qluxov və Baturin rayonlarında üç taktiki tabor dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*