Rusiya MN-nin rəsmi sənədi ələ keçirildi: Əmri Şoyqu yox, Bulqakov imzalayıb – FOTOFAKTbackend

Rusiya MN-nin rəsmi sənədi ələ keçirildi: Əmri Şoyqu yox, Bulqakov imzalayıb - FOTOFAKT

Anonymous hakerləri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytını sındırıb.

KONKRET.az xəbər verir ki, hakerlər Rusiya Federasiyasının Müdafiə Nazirliyinin saytına giriş edib və yeni əmrin surətini əldə edib. Anonymous  əmrin surətini sosial şəbəkələrdə yayıb.

Yayılan əmrdə bəzi məqamlar üzə çıxıb.

Belə ki, Ukraynada rus hərbçilərin könüllü əsir düşməmələri üçün  tədbirlərinin görülməsi və internetdə informasiya xarakterli məlumatların paylaşılmasına dair MN əmr verib. Əmr müdafiə naziri Sergey Şoyqu tərəfindən imzalanmalı idi.

Lakin əmr general D.Bulqakov tərəfindən imzalanıb. Daha maraqlı məqam isə Bulqakovun müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra etməsi olub.

Hamını təəccübləndirən odur ki, əgər müdafiə naziri varsa və o, Sergey Şoyqudursa, onda onun vəzifəsini niyə Bulqakov icra edir? İndi rusiyalılara əmrdəki “müvəqqəti müdafiə naziri”nin açıqlamasını gözləməyə qalır.

Qeyd edək ki, RF MN naziri Sergey Şoyqu bir müddət öncə “yoxa çıxmışdı”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*