Rusiya Nyu-Yorkdakı Baş Konsulluğunu bağlayır – SƏBƏBbackend

Rusiya Nyu-Yorkdakı Baş Konsulluğunu bağlayır - SƏBƏB

Rusiya Federasiyasının Nyu-Yorkdakı Baş Konsulluğu ABŞ-da COVID-19-un yayılması səbəbindən yaranan əlverişsiz epidemioloji vəziyyətə görə 2020-ci ilin sonuna qədər fəaliyyətini dayandıracağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Konsulluğun “Twitter” səhifəsində yazılıb.

“Epidemioloji vəziyyətin kəskinləşməsi səbəbindən Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğu bu ilin sonunadək karantin üçün müvəqqəti olaraq bağlanacaq. Əvvəllər müəyyən olunmuş vaxtda görüş təyin edən ziyarətçilər iş bərpa edildikdən sonra prioritetə uyğun qaydada qəbul ediləcəklər”, – deyə məlumatda qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*