Rusiya ordusu 90 dinc sakinin sığındığı məktəbi bombaladıbackend

Rusiya ordusu 90 dinc sakinin sığındığı məktəbi bombaladı

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Serqey Qayday teleqramda məlumat verib.

Onun sözlərinə görə, yerli sakinlər əvvəl Mədəniyyət evində gizlənirdilər:

“Lakin ev də dağıldıqdan sonra insanlar məktəbin binasında gizlənirdilər. Faciə baş verən zaman məktəbdə təxminən 90 nəfər olub. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*