“Rusiya ordusu və KTMT artıq yoxdur, Kremlin məğlubiyyəti yayda rəsmiləşəcək” – Akopjanyanbackend

“Rusiya ordusu və KTMT artıq yoxdur, Kremlin məğlubiyyəti yayda rəsmiləşəcək” - Akopjanyan

“Rusiyanın hərbi, siyasi, iqtisadi məğlubiyyəti qaçılmazdır. Ermənistanın yalnız bir perspektivi var: NATO və Aİ-yə üzvlüyə doğru addım atmaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb: “Avropa Şurası Parlament Assambleyası işğalçılıq cinayətinə görə Rusiya və Belarus rəhbərliyini təqib etmək üçün xüsusi tribunal yaradılmasını tələb edən qətnaməni təsdiqləyib. Bu barədə AŞPA-nın saytında məlumat verilib. Sənəd Strasburqda AŞPA-nın qış sessiyası zamanı yekdilliklə qəbul edilib. Belə ki, qətnamənin leyhinə 100 nəfər səs verib. Qətnamədə Rusiya tərəfindən Ukrayna və onun vətəndaşlarına dəyən zərərin ödənilməsi üçün xüsusi beynəlxalq tribunal və beynəlxalq mexanizm yaradılması tələb olunur. Assambleya qeyd edir ki, Ukraynaya qarşı törədilmiş cinayəti təqib etmək və cəzalandırmaq səlahiyyətinə malik başqa beynəlxalq tribunal yoxdur. Assambleya həmçinin vurğulayır ki, həm Rusiya, həm də Belarus rəhbərliyinin nümayəndələri cinayətə görə məsuliyyət daşımalıdırlar. Qeyd olunur ki, Belarus Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak edib. Çünki o, Rusiyaya təcavüz aktları törətmək üçün öz ərazisindən istifadə etməyə icazə verib. Bütün bunlar bir daha sübut edir ki, Qərb Rusiya və Belarusdakı diktatura rejimlərini dağıtmaq üçün son qərarı verib. Aydındır ki, Ukraynaya hərbi yardım məhz buna görə indi aktiv şəkildə artır. Demək olar ki, hər gün bununla bağlı xəbərlər eşidirik”, – erməni analitik vurğulayıb.

“Belə bir şəraitdə Rusiyanın hərbi məğlubiyyəti yaxın gələcəyin işidir. Ekspertlərin fikrincə, söhbət yayın sonuna qədər rus ordusunun məğlubiyyətinin rəsmiləşdirilməsindən gedir. Rusiya iqtisadiyyatı da sistemli və amansız şəkildə çökür. Və bu, hər şeyi kökündən dəyişir. O cümlədən Ermənistan üçün də bəzi addımların atılmasını zərurətə çevirir. Belə ki, bizim tarixi qərar vermək üçün çox az vaxtımız qalıb. Ölkəmizin faydasız və gücsüz KTMT-nin üzvü olaraq qalmasına heç bir əsas yoxdur. O, Türkiyə-Azərbaycan tandemi ilə müharibədə bizə heç bir şəkildə kömək etməyib. Rusiya ordusu və KTMT yoxdur”, – Akopjanyan bildirib.

“Eyni sözləri Gömrük İttifaqı (Gİ) və Aİİ haqqında da demək olar. Bu layihələr məhvə məhkumdur. Ermənistanın yalnız bir perspektivi var – NATO və Aİ-yə üzvlüyə doğru addım atmaq. Gümrüdən Rusiya hərbi bazasını çıxarmağın, onu NATO-nun sülhməramlı kontingenti ilə əvəz etməyin vaxtı çoxdan çatıb. Ermənistan iqtisadiyyatını boğan rus monopoliyalarından qurtulmağımızın vaxtıdır. Zaman gözləmir”, – deyə Razmik Akopjanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*