Rusiya Qərbi İTTİHAM EDİR: Üç gündə 175 min kiberhücumbackend

Rusiya Qərbi İTTİHAM EDİR: Üç gündə 175 min kiberhücum

Qərb 175 minə yaxın kiberhücum təşkil edərək Rusiyada seçkiləri pozmağa çalışıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Gennadi Askaldoviç çıxış edib.

“Təkcə 8-10 sentyabr seçkiləri zamanı Rusiya Mərkəzi Seçki Komissiyasının portalı 175 min kiberhücuma məruz qalıb”, – o deyib.

Onun fikrincə, Qərb Rusiya hökumətinin uğurlarından ciddi şəkildə narahat olduğu üçün bu addımı atıb.

Xatırladaq ki, Rusiyada seçkilər sentyabrın 8-dən 10-dək keçirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*