Rusiya qoşunlarının “azad etdiyi” Ukrayna şəhərlərinin gələcəyi necə olacaq? – Peskov AÇIQLADIbackend

Rusiya qoşunlarının "azad etdiyi" Ukrayna şəhərlərinin gələcəyi necə olacaq? – Peskov AÇIQLADI

“Ukrayna regionlarının gələcəyini oranın sakinləri həll edəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O bildirib ki, Rusiya qoşunlarının nəzarətinə keçən bir sıra Ukrayna vilayətlərinin sonrakı taleyi yalnız yerli sakinlərin iradəsi əsasında həll olunacaq:

“Onlar kiminlə yaşamaq istədiklərinə qərar vermədən heç nə etmək mümkün deyil” – Kreml sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, bu ərazilərdə həyat şəraiti yaxşılaşdırılmalı, sosial rifah təmin edilməlidir: “İndi bir çox ərazilər işıqsız, kanalizasiyasız, susuz qalıb. Bununla da məşğul olmaq lazımdır” – deyə Peskov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*