CAR-da həlak olan rusiyalı jurnalistlər ölkənin bir çox qanunlarını pozublar və onlara lazımi müdafiə təmin edilməyib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyinə Rusiyanın Banq şəhərindəki səfiri Vladimir Titorenko bildirib.
Qeyd edək ki, azərbaycanlı jurnalist Orxan Camal və daha iki şəxs (Aleksandr Rastorquyev və Kiril Radçenko) 2018-ci ilin iyulunda Mərkəzi Afrika Respublikasında öldürülüb.
Səfirin sözlərinə görə, həlak olanlar özlərini viza alarkən turist kimi müəyyənləşdiriblər, lakin ölkəyə BMT-nin könüllüləri kimi Araşdırmalar Mərkəzi tərəfindən imzalanan jurnalist vəsiqələri ilə gəliblər.
Titorenko bildirib ki, belə mərkəzə rəhbərlik edən Rusiya vətəndaşı bu cür vəsiqələri imzalamaqla BMT-nin məmuru ola bilməz.
Bundan başqa, jurnalistlər Müdafiə Nazirliyinin icazəsi olmadan Berenqonun məxfi hərbi bazasına daxil olmağa çalışıblar, çəkiliş üçün aparatların gətirilməsi və s.qeydə alınmayıb.
Qeyd edək ki, Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın oğludur.
Babək Göyüş
KONKRET.az
