Rusiya Şimali Kiprdə konsulluq açırbackend

Rusiya Şimali Kiprdə konsulluq açır

Rusiya Şimali Kiprlə hava əlaqəsi yaratmağa və Şimali Nikosiyada (və ya Şimali Lefkoşa – Lefkoşa Türk Bələdiyyəsi) konsulluq məntəqəsi açmağa hazırlaşır, bu, ilin sonuna qədər baş verə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

“Uçuşların başlanması və məntəqənin açılması diplomatik tanınma demək deyil – bu, Kiprin şimalında yaşayan təxminən 10 min Rusiya vətəndaşına xidmət etmək üçün ediləcək”, – həmsöhbət qeyd edib.

“Eynilə, Qərb ölkələri adanın şimal hissəsində konsulluq ofislərini açır, onları “ofis” adlandırır və Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yerləşdiklərini qeyd etmirlər. Ankara yalnız ŞKTC-yə uçuşların başlanmasını alqışlayacaq, lakin bu addım çətin ki, Türkiyənin Krımla bağlı mövqeyini dəyişsin”, – bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*