“Rusiya sülhməramlıları bizim ziyanımıza hərəkətlər edir”- Mikaelyanbackend

"Rusiya sülhməramlıları bizim ziyanımıza hərəkətlər edir"- Mikaelyan

“Mən düşünmürəm ki, Laçın dəhlizi ruslar olmadan bağlansın”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu yanvarın 28-də jurnalistlərə müsahibəsində “Yerkrapah” Könüllülər Birliyinin rəhbəri Sasun Mikaelyan bildirib.

“Mənə elə gəlmir ki, Laçın dəhlizi ruslarsız bağlanıb.

Ruslar istəsələr, aça bilməzlər? Bu, uzaqgörən siyasətdir, bunun üçün biz həmrəy olmalıyıq və gələcəkdə nə olacağını başa düşməliyik?

Laçın dəhlizinin müharibəsiz açılmasının mümkün olub-olmayacağını soruşursunuz. Əgər diplomatiya sahəsində ciddi addımlar ata bilsək, aça bilərik. Bu gün hər şey diplomatiyadadır”, – o deyib.

Aİ-nin müşahidə missiyasının Ermənistanda iki il müddətinə yerləşdirilməsi məsələsinə Mikaelyan münasibət bildirib.

“Əgər Rusiya hələ də deyirsə ki, hər şey həmsədrlər çərçivəsində tənzimlənməlidir, bəs niyə yalnız Rusiya sülhməramlılarını gətirdilər? Digər sülhməramlıların da daxil olmasını vacib sayıram. Çünki bu sülhməramlılar bizim ziyanımıza birtərəfli hərəkətlər edirlər”, – deyə Mikaelyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*