Rusiya TRIPP layihəsinə qoşulacaq? – Simonyan AÇIQLADIbackend

Rusiya TRIPP layihəsinə qoşulacaq? - Simonyan AÇIQLADI

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın TRIPP layihəsində (“Tramp marşrutu”) iştirakını təsəvvür etmədiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Bunu necə təsəvvür edirsiniz? Bu, Ermənistan–ABŞ arasında olan təşəbbüsdür”, – deyə Simonyan jurnalistlərə açıqlamasında vurğulayıb.

Spiker qeyd edib ki, Ermənistan ərazisindən hərəkət yalnız TRIPP çərçivəsində mümkün deyil. Onun sözlərinə görə, müxtəlif yüklərin daşınması artıq mövcud marşrutlarla həyata keçirilir.

“Azərbaycandan taxıl və ya yanacaq daşınırsa, bu, TRIPP layihəsi demək deyil”.

Simonyan əlavə edib ki, Rusiya tərəfi istəsə, layihənin genişləndirilməsi və digər istiqamətlərin daxil edilməsi ilə bağlı təklif irəli sürə bilər.

O həmçinin bildirib ki, TRIPP-ə bənzər mexanizmlər uzun müddətdir müzakirə olunur. “Sadəcə olaraq, ABŞ ilə bu məsələ prezident Trampın dövründə sülh prosesi çərçivəsində reallaşa bildi”, – deyə parlament sədri qeyd edib.

Simonyan eyni zamanda istisna etməyib ki, Ermənistanın razılığı olacağı təqdirdə ABŞ tərəfi Rusiyanın mümkün iştirakını da nəzərdən keçirə bilər.
Bununla belə, o vurğulayıb ki, Moskva diqqətini yalnız TRIPP layihəsinə yönəltməməlidir: “Bir çox yollar var və onlar işləyir”, – deyə Simonyan vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*