Rusiya Türkiyəni hədələyən Ramzan Kadırova DƏSTƏK VERDİbackend

Rusiya Türkiyəni hədələyən Ramzan Kadırova DƏSTƏK VERDİ

Türkiyə ilə Çeçenistan arasındakı Coxar Dudayevin adını daşıyan park münaqişəsinə Rusiya hökuməti reaksiya verib.

KONKRET.az  “Sözcü”yə istinadla xəbər verir ki, məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Rusiya hökuməti parka çeçen separatçılarının lideri Coxar Dudayevin adının verilməsindən narazılığını diplomatik kanallar vasitəsilə Ankaraya çatdırıb:

“Bu yaxınlarda təəssüf ki, Türkiyədəki parklardan birinə terrorçunun adı verilib. Təbii ki, bu, bütün çeçenlər üçün Rusiya Federasiyasının tərkibindəki Çeçenistan Respublikası üçün çox ağrılı hadisədir”.

Qeyd edək ki, ötən gün Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyə hakimiyyətinin hərəkətlərinə cavab verilməsini xahiş etmişdi. O həmçinin Türkiyəni PKK lideri Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi ilə hədələmişdi./yeniavaz/

  • yusif
    Dekabr 23, 2021 - 14:25

    maraqlıdır görəsən bu ölkə iqtidarı Rəsulzadəyə və Elçibəyə niyə heykəl qoyub adlarına küçə salmadı ən azı..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*