Türkiyə Suriya prezidenti Bəşər Əsəd rejiminin İdlibdəki mövqelərinə zərbə vurmayıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Həmçinin bildirilir ki, türk qırıcıları Suriyanın dövlət sərhədini pozmayıblar.
Nazirliyin məlumatına görə, fevralın 3-nə keçən gecə Türkiyə hərbçiləri İdlibdəki Sərəkib yaşayış məntəqəsinin yaxınlığındakı Suriya hökumət qoşunlarının atəşə tutulması ilə üzləşiblər. Bu regionda Əsədin ordusu terrorçulara qarşı mübarizə aparır.
“Mövcud məlumatlara görə, bir neçə türk hərbçisi yaralanıb”, — deyə Tərəflərin barışığı üzrə Rusiyadakı mərkəzdən bildiriblər.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin F-16 döyüş təyyarələri Suriya rəhbəri Bəşər Əsəd rejiminin İdlib şəhərindəki 40 hədəfinə zərbələr endirib.
Babək Göyüş
KONKRET.az
