Rusiya – Ukrayna danışıqlarında Roman Abramoviç də İŞTİRAK EDİBbackend

Rusiya - Ukrayna danışıqlarında Roman Abramoviç də İŞTİRAK EDİB

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç Belarusun paytaxtı Minskdə Ukrayna və Rusiya arasında keçirilən danışıqlar prosesində iştirak edir.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak özünün teleqram kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, 56 yaşlı iş adamı münaqişənin həlli üçün tərəflərlə danışıqlar aparır.

Qeyd edək ki, daha əvvəl “The Sun” nəşri Roman Abramoviçə Böyük Britaniyada yaşamağın qadağan edildiyini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*