Rusiya-Ukrayna müharibəsi bu cür yekunlaşa bilər: Kiyev üçün ən yaxşı və pis ÜÇ SSENARİbackend

Rusiya-Ukrayna müharibəsi bu cür yekunlaşa bilər: Kiyev üçün ən yaxşı və pis ÜÇ SSENARİ

Rusiya-Ukrayna müharibəsinin yekunlaşması üçün 3 mümkün ssenari mövcuddur.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” analitikləri fikir səsləndiriblər.

Bloomberg yazır ki, Trampın etimadına baxmayaraq, sülh razılaşmasının əldə edilib-edilməyəcəyi bəlli deyil, çünki Putin hələ də güzəştə getmək istəmir.

İlkin ssenari…

Yaxın gələcəkdə Rusiya tərəfindən ilhaq edilən Ukrayna əraziləri Moskvanın faktiki nəzarəti altında qalacaq. Bəzi ərazilərin, o cümlədən Kursk vilayətinin işğal olunmuş bir hissəsinin mübadiləsi mümkündür. Ukrayna bir növ təhlükəsizlik zəmanəti alacaq və danışıqların əksəriyyətində bu təminatların nə dərəcədə güclü olduğu müzakirə ediləcək. Avropa Ağ Evlə təmas qura bilsə, ABŞ-ı Ukraynaya dəstəyi davam etdirməyə inandırmaq mümkün olacaq. Eyni zamanda Aİ ölkələri bu istiqamətdə öz imkanlarını artırır.

Ən yaxşı (Kiyev üçün ideal) ssenari…

Rusiya sülh sazişinin şərtlərini pozarsa, ABŞ və Avropa ölkələri müdaxilə edəcəyinə söz verəcəklər. Lakin Rusiya Federasiyası ilə birbaşa münaqişə təhlükəsi hətta Ukraynanın ən qızğın tərəfdarları arasında da narahatlıq doğurur. Əvəzində Kiyevin müttəfiqləri Ukraynaya hərbi yardımı artırmaq, Rusiya Federasiyasına qarşı sanksiyaları bərpa etmək və ya gücləndirmək, Ukraynanın müdafiə sənayesinin inkişafına kömək göstərmək və Ukrayna Silahlı Qüvvələrində islahatlar aparmaq kimi vasditələrə əl ata bilərlər. Ssenari həm də Ukraynanın 10 il ərzində Avropa Birliyinə qoşulmasına yol aça bilər ki, bu da öz növbəsində Aİ-nin şərq cinahını gücləndirər.

Ən pis (Kiyev üçün “kabus”) ssenari…

Tramp hər hansı sövdələşmə bağlanmazdan əvvəl Ukraynanın gələcəyinə marağını itirə, hərbi və maliyyə yardımını kəsə, bütün problemləri özü həll etmək üçün Avropanı tərk edə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*