Rusiya Belarusa “İskəndər” raketlərinin yeni partiyalarını çatdırır.
KONKRET.az xəbər verir ki, saat 14:16-da (Bakı vaxtı ilə) Minskdən Bobruysk istiqamətində hərəkət edən M5 şossesində Rusiya Silahlı Qüvvələrinə məxsus “V” identifikasiya nişanlı “KamAZ” avtomobillərinin kolonu görünüb.
“Karvanda 10-a yaxın “KamAZ” yük maşınını görə bilərsiniz, onların arxasında “İskəndər” raket sistemi üçün iki qutu raket var. Maşınların Minskdən hərəkət etdiyini nəzərə alsaq, qutuların boş olmadığını ehtimal etmək olar, yəni “İskəndər” raket sistemi üçün ən azı 20 raket”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, saat 15:40-a olan məlumata görə, karvan Bobruysk və Jlobindən keçərək Qomelə doğru hərəkətini davam etdirir.
Xuraman Etibarlı,
KONKRET.az
