Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurdubackend

Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurdu

Gün ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-27 qırıcısını, 7 pilotsuz təyyarəni vurub, həmçinin “Smerç” reaktiv yaylım atəş sisteminin iki mərmisini ələ keçirib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Platonovka qəsəbəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub. PUA-lar Xarkov vilayəti, Sladkoe, Zemlyanka, Donetsk, Tretyakovka, Varvarovka, İlan adası ərazisində vurulub”, – deyə o bildirib.

Bundan əlavə qeyd edilib ki, İzyum bölgəsində Rusiya hava hücumundan müdafiə sistemi “Smerç” reaktiv raket sisteminin iki raketini ələ keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*