Rusiya və Çindən diqqətçəkən vacib addım… backend

Rusiya və Çindən diqqətçəkən vacib addım... 

Rusiya və Çin Böyük Altay bölgəsində genişmiqyaslı geoloji araşdırmalar aparmağa hazırlaşır. Layihəyə Qazaxıstan və Monqolustandan da ixtisaslaşmış mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatına görə, qərar Çin Geoloji Xidmətinin prezidenti Suy Daçunla keçirilən görüşün nəticələri əsasında qəbul edilib.

Yeni yaradılan işçi qrup iki ölkə arasında yerin təki və faydalı qazıntıların istifadəsi sahəsində əməkdaşlığın əlaqələndirilməsi ilə məşğul olacaq.

İndiyədək mineral-xammal potensialının gücləndirilməsi ilə bağlı məsələlər əsasən hökumətlərarası komissiyalar çərçivəsində müzakirə olunurdu. Yeni format isə birgə layihələrin daha detallı şəkildə hazırlanmasına imkan verəcək.

Nazirlikdən bildirilib ki, əməkdaşlığın əsas istiqamətlərinə sərhədyanı ərazilərin geoloji tədqiqi, birgə çöl, elmi və analitik işlərin, eləcə də geoloji xəritələşdirmənin aparılması daxildir.

Bundan başqa, Rusiya, Çin, Qazaxıstan və Monqolustanın iştirakı ilə Böyük Altayın müqayisəli geoloji tədqiqatlarının keçirilməsi də planlaşdırılır.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*