“Rusiya və Ukrayna arasında sülh müqaviləsinin imzalanması mümkün deyil” – ŞOK AÇIQLAMA – ÖZƏLbackend

"Rusiya və Ukrayna arasında sülh müqaviləsinin imzalanması mümkün deyil” - ŞOK AÇIQLAMA - ÖZƏL

Rusiya və Ukrayna arasındakı danışıqların 4-cü raundu başa çatıb. Ukrayna tərəfinin açıqladığı məlumata görə, Rusiya artıq ilk gündəki kimi diqtə dili ilə deyil, yumşaq tonda danışıqlar aparır. Bu isə yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında ən azı atəşkəsin əldə olunacağı ehtimalını artırır.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Sədrəddin Soltanın sözlərinə görə, danışıqlar əsas prinsipial problemlərlə bağlı aparılmır: “Yəni müzakirələr həm Rusiya, həm də Ukrayna tərəfindən əvvəlcədən irəli sürülən şərtlərlə bağlı deyil. Ukrayna Krım, Donetsk və Luqanskın azad edilməsi, eləcə də ölkənin ərazi bütövlüyünün təmin olunması şərtini irəli sürür. Eyni zamanda Rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını istəyir. Rusiya isə Ukraynanın Avropaya inteqrasiyadan, NATO-ya üzv olmaqdan imtinasını tələb edir. Amma nə Rusiya, nə də Ukrayna bir-birinin şərtlərini qəbul etmir. Deməli bu məsələlər ətrafında kompramis və anlaşma yoxdur. Ona görə də, yaxın zamanlarda iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkünsüzdür”.

İranın Qafanda Baş Konsulluq açır. Niyə? – Sədrəddin Soltan

Politoloq əlavə edib ki, tərəflər arasında yalnız müvəqqəti atəşkəs razılığının əldə olunması mümkündür: “Humanitar koridorların yaradılması, əsirlərin, həlak olanların və yaralıların qaytarılması prosesi baş verə bilər. Amma bu tezliklə Rusiya və Ukrayna arasında sülh müqaviləsinin imzalanması mümkün deyil”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*