Rusiya Xarkovu “Qrad”dan atəşə tutdu: Ölənlər arasında Azərbaycanlılar varmı? – YENİLƏNİB + VİDEObackend

Rusiya Xarkovu “Qrad”dan atəşə tutdu: Ölənlər arasında Azərbaycanlılar varmı? - YENİLƏNİB + VİDEO

“Bu gün Xarkov şəhəri 2 saata yaxın ağır toplardan və “Qrad” qurğularından atəşə tutuldu. Atəş zərbələri indi dayanıb”.

KONKRET.az xəbər verir ki, bu barədə apa-ya Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

S. Adıgözəlli çoxlu sayda insanın öldüyü barədə məlumatların daxil olduğunu bildirib: “Mərmilərdən biri Saltovka istiqamətində məktəbə də düşüb”.

S. Adıgözəlli qeyd edib ki, hələlik fəxri konsulluğa artilleriya atəşi zamanı azərbaycanlılar arasında ölən və yaralanan olması ilə bağlı hər hansı informasiya daxil olmayıb: “Diaspor təşkilatları ilə də əlaqə saxlamışıq. Hələlik soydaşlarımız arasında ölən və yaralananlar olması barədə məlumat yoxdur”.

***

15:51
Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*