Rusiya XİN-dən xəbərdarlıq – Dərhal Kiyevi tərk edin!backend

Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!

Rusiyanın silahlı qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, eləcə də qərarların qəbul edildiyi mərkəzlərə və komanda məntəqələrinə sistemli zərbələr endirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Sənəddə bildirilib ki, pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və istifadəyə hazırlanması ilə bağlı obyektlərə zərbələr endiriləcək.

Diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi tövsiyə edilib.

Paytaxt sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.\\Bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*