ABŞ rəsmiləri Rusiyanın Ukraynaya atdığı orta mənzilli ballistik raketin hipersəs olmadığını təsdiqləyib.
KONKRET.az “Fox News”a istinadən xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində Rusiyanın ən son silahlardan istifadə etdiyini bildirib. Amma ABŞ mənbələri Rusiyanın istifadə etdiyi raketin qitələrarası ballistik raket olmadığını təsdiqləyib. Rusiya lideri isə istifadə edilən silahın Qərb dövlətləri üçün ciddi problem yaradacağını iddia edib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Rusiyanın istifadə etdiyi qitlərarası ballestik raket döyüş meydanında ilk dəfə istifadə edilib və eksperiment xarakter daşıyır.
Vəli Həsənoğlu,
KONKRET.az