Rusiyada 6 bal gücündə zəlzələ oldubackend

Rusiyada 6 bal gücündə zəlzələ oldu

Baykal gölündə 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Moskva vaxtı ilə 02:07-də]Olxonski rayonunun Qremyaçinsk kəndindən 50 km aralıda, Baykal gölünün sularında seysmik hadisə qeydə alınıb. Zəlzələnin episentrində intensivlik 6.0 təşkil edir”, – departamentin Telegram-kanalında yayılan məlumatda deyilir.

Eyni zamanda, Ulan-Udedə zəlzələnin intensivliyi 3-4 bal, İrkutsk, Xomutovo, Dzerjinsk, Nijni Sayantuy, Smolensk vilayəti, Sotnikovoda 3 bal olub.

Qeyd edək ki, mayın 11-də Kamçatkada 5,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ Petropavlovsk-Kamçatsk şəhərindən 60 km aralıda qeydə alınıb. Həmçinin, Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə baş idarəsi öz Telegram kanalında Avaçinski körfəzində seysmik hadisə baş verdiyini bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*