Rusiyada atəşfəşanlıq çoxmərtəbəli binada yanğınla nəticələndibackend

Rusiyada atəşfəşanlıq çoxmərtəbəli binada yanğınla nəticələndi

Yeni il gecəsi Novosibirskdə çoxmərtəbəli binanın iki eyvanı həyətdə atılan fişənglər səbəbindən yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə baş idarəsindən bildirilib.

“Ölçüsü 4×1,2 metr olan 2 eyvan yanıb. Mənzillərə ziyan dəyməyib”, – Nazirlikdən vurğulanıb.

30 dəqiqədən sonra yanğın lokallaşdırılıb, iki dəqiqə sonra isə açıq alov söndürülüb.

Yanğının söndürülməsinə 26 nəfər canlı qüvvə və 8 texnika cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*